Xəzər sahillərində 2 tona yaxın tullantı toplanıb
sizinxeber.az xəbər saytı

Xəzər sahillərində 2 tona yaxın tullantı toplanıb


Çimərlik mövsümü ərəfəsində paytaxtın Sabunçu rayonu ərazisində vətəndaşlar tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə xidmət göstərmək məqsədini daşıyan sahilyanı təmizlik aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.

Keçirilən aksiya Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Oxşar xəbərlər

COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Bakının 551 küçəsi yuyulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Təmiz Daşkəsən” layihəsi yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər