Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
sizinxeber.az xəbər saytı

Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO


Almaniyanın Hamburq şəhərində yerləşən "Airbus" zavodu miqyası və istehsal imkanları ilə “şəhər içində şəhər” təsiri bağışlayır.

APA-nın Hamburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, AZAL üçün ilk “Airbus A321neo” təyyarəsinin təhvil verilməsi ilə əlaqədar təşkil olunan media turu çərçivəsində jurnalistlər zavodun fəaliyyəti ilə yaxından tanış olublar.

Media-tura "Airbus"un media əlaqələndiricisi Daniel Verdunq rəhbərlik edib. O, jurnalistlərə istehsal prosesi, təyyarələrin yığım mərhələləri və şirkətin gələcək planları barədə məlumat verib, sualları cavablandırıb.

Bildirilib ki, "Airbus"un Hamburqdakı istehsal kompleksinin ərazisi təxminən 500 futbol meydançası sahəsinə bərabərdir. Zavodda 18 min nəfər çalışır.

Şirkətin sifariş portfeli isə qarşıdakı illərdə istehsal xəttinin tam yüklənəcəyini göstərir. Hazırda Airbus növbəti 10 il üçün ümumilikdə 9 min təyyarə sifarişi qəbul edib. Bu sifarişlərin 7 min 500-ü A320 ailəsinə, o cümlədən A321neo təyyarələrinə aiddir.

Airbus nümayəndələrinin sözlərinə görə, bir təyyarənin sifarişdən müştəriyə təhvil verilməsinədək olan proses orta hesabla dörd il çəkir.

Qeyd edək ki, "Airbus"un Hamburqdakı zavodu şirkətin əsas istehsal mərkəzlərindən biridir və burada əsasən A320 ailəsinə daxil olan təyyarələrin son montaj işləri həyata keçirilir. "Airbus" 1970-ci ildə Avropanın aparıcı aviasiya şirkətlərinin birgə təşəbbüsü ilə yaradılıb. Şirkətin baş qərargahı Toulouse şəhərində yerləşir. Hazırda Airbus dünyanın ən böyük mülki təyyarə istehsalçılarından biri hesab olunur və A220, A320, A330, A350 ailələrinə aid təyyarələr, həmçinin hərbi təyyarələr, helikopterlər və kosmik texnologiyalar istehsal edir. Şirkətin məhsulları dünyanın yüzlərlə aviaşirkəti tərəfindən istismar olunur. Airbus-un sifariş portfeli hazırda bir neçə min təyyarəni əhatə edir ki, bunun da böyük hissəsini A320 ailəsinə daxil olan təyyarələr təşkil edir.

Oxşar xəbərlər

Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
"Airbus" sifarişləri iyul ayında 29 dəfə azalıb
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər