bp: AÇG-nin dərin qaz layihəsi milyardlarla dollarlıq investisiyaya yol aça bilər
bp Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda həyata keçirilən dərin qaz layihəsinin gələcəkdə milyardlarla dollar həcmində investisiyalara yol aça biləcəyini açıqlayıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
Onun sözlərinə görə, şirkət AÇG-də qeyri-assosiasiyalı qazın (NAG - Non-Associated Gas) hasilatı üzrə ilk quyunu artıq istismara verib.
“Dünən AÇG-də dərin qaz layihəsi çərçivəsində ilk hasilat quyusunun işə salındığını elan etdik. Yaxın zamanda növbəti quyu da istifadəyə veriləcək”, – deyə o bildirib.
C.Kristofoli qeyd edib ki, bp növbəti mərhələdə əldə olunacaq hasilat və geoloji məlumatları təhlil edəcək.
“Daha sonra məlumatları qiymətləndirəcəyik və bu, potensial olaraq milyardlarla dollar həcmində investisiyaya gətirib çıxara bilər. Söhbət AÇG yataqlarının altındakı qaz ehtiyatlarının işlənməsindən gedir”, – deyə bp rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, layihənin uğurlu nəticələri Azərbaycanın qaz hasilatı potensialının daha da artırılmasına imkan verə bilər.
Qeyd edək ki, AÇG Azərbaycanda ən böyük neft yataqları blokudur və bp burada operator qismində fəaliyyət göstərir. Dərin qaz layihəsi isə yatağın neft laylarının altında yerləşən qaz ehtiyatlarının kommersiya baxımından qiymətləndirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
AÇG-də sərbəst qaz hasilatı üzrə ilk quyu tamamlanır
Cio Kristofoli: bp “Şahdəniz”ə 2,9 mlrd. dollar investisiya yatırır
AÇG-də yeni layihə üzrə hasilat quyusunun qazılması işləri tamamlanıb
Bp AÇG yatağında sərbəst təbii qaz hasilatı əməliyyatlarının başlandığını elan edib
BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
