Azərbaycanla ABŞ arasında enerji tərəfdaşlığının perspektivləri müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanla ABŞ arasında enerji tərəfdaşlığının perspektivləri müzakirə edilib


Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə "APA-Economics"ə Energetika Nazirliyindən məlumat verilib.

Nazir Kaleb Orra “Bakı Enerji Həftəsi”ndə iştirak etdiyinə görə təşəkkürünü bildirib. “Bakı Enerji Həftəsi” çərçivəsində enerji sahəsində imzalanan sənədlərin Azərbaycan-ABŞ enerji tərəfdaşlığının yeni mərhələdə inkişafının göstəriciləri kimi dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlığın strateji xarakter daşıdığı, neft-qaz sektorunda uzun illər ərzində formalaşmış tərəfdaşlığın ikitərəfli münasibətlərin mühüm seqmenti olduğu vurğulanıb. ABŞ-nin dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi qeyd edilib.

Kaleb Orr deyib ki, ABŞ Azərbaycanın qlobal enerji bazarındakı roluna böyük hörmətlə yanaşır. Azərbaycan müasir neft sənayesinin beşiyidir və Azərbaycanı, eləcə də Prezidentinizi bu resursları necə idarə etdiyinə görə təqdir edirik. Bildirilib ki, süni intellekt, rəqəmsal texnologiyalar, infrastruktur və ticarət dəhlizinin inkişafı ilə yanaşı enerji ABŞ-Azərbaycan İqtisadi Dialoqunun ilk iclasının da prioritetidir.

Görüşdə neft-qazın qlobal enerji balansında həlledici rolu müstəvisində ABŞ şirkətlərinin Azərbaycanın enerji sektorundakı fəaliyyəti, “Chevron” və “Exxon Mobil” şirkətləri ilə yeni kəşfiyyat və hasilat layihələri, eləcə də enerji infrastrukturunun inkişafına dair perspektiv əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun enerji komponentləri, eləcə də regional elektrik enerjisi interkonnektorları üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması müzakirə edilib
Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb
Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldovanın energetika nazirləri ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər