"Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
19:00
0
0
1 022
ff aaaaaaa

"Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər

28 may, 2026
19:00
1 022

"Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər

ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib.

"ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident (ABŞ) Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var", - deyə o, vasitəçilikdə iştirak edən iki yüksək vəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul