Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA), Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankı Qrupunun (DBQ) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərləri arasında mayın 28-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.
Qeyd edilib ki, Yaxın Şərqdəki müharibə müxtəlif ölkələr və regionlar üzrə enerji təchizatına, ərzaq təhlükəsizliyinə və iqtisadi fəallığa əhəmiyyətli və olduqca qeyri-mütənasib təsirlər göstərir.
"Eyni zamanda, Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir. Əgər gəmiçilik axını normal vəziyyətə qayıtmasa, Şimal yarımkürəsində yayda neftə olan pik tələbat ərəfəsində qlobal neft ehtiyatlarının bu cür sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şərtləri və daha geniş iqtisadi dözümlülük üçün artan risklər yaradacaq", - bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin gübrə tədarükü zəncirlərinin, enerji və iqtisadi sahədəki proseslərin, eləcə də siyasi cavab tədbirlərinin yaxından izlənilməsinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
BVF: Hörmüz boğazı açılandan sonra qlobal tədarükün əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq
Bloomberg: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
"Bloomberg": Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir
BVF: Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq
Fatih Birol: "Qlobal enerji bazarı Hörmüzün bağlanmasının fəsadlarını yetərincə qiymətləndirmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
"Fox News": FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
