Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldovanın energetika nazirləri ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşlər keçirib.
"APA-Economics" xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə ölkələrimiz arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib. Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. Azərbaycan-Türkiyə bu uğurlu enerji birliyinin elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.
Bu yaxınlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilib.
Söhbət zamanı nazir Alparslan Bayraktar “Bakı Enerji Həftəsi”ndə iştirak edəcəyini bildirib.
Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşdə isə müasir enerji reallıqlarında qaz təchizatının sabitliyinin təmin olunmasında boru kəmərlərinin əhəmiyyəti vurğulanıb. Hər iki ölkədə energetika sektorunda aparılan islahatlara toxunulub, müxtəlif istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafı üçün imkanlar dəyərləndirilib. Moldovalı nazir də “Bakı Enerji Həftəsi”ndə iştirakını təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə arasında elektrik enerjisi sahəsində imzalanma olub
Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlib
Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək
"Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası müzakirə edilib
Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
