Gənc kamandan oxatanlar Azərbaycan çempionatında birinciliyə iddia edirlər
Gənc kamandan oxatanlar Banu Məmmədova və Əli Məmmədov Azərbaycan çempionatında şanslarını yüksək dəyərləndiriblər.
"Sizinxeber.az" xəbər verir ki, idmançılar bunu Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamalarında bildiriblər.
B.Məmmədova həmkarlarına uğurlar arzulayıb:
"Bu yarış özümüzü inkişaf etdirmək baxımından əhəmiyyət daşıyır. Azərbaycanı bu idman növündə tanıtmaq istəyirəm. Həmyaşıdlarıma, həmçinin özümə uğurlar arzulayıram. Öz şanslarımı da yüksək dəyərləndirirəm. Düşünürəm ki, yaxşı atan qazanacaq".
Ə.Məmmədov da birinciliyi hədəflədiyini söyləyib:
"Bir ildir bu idman növü ilə məşğul oluram. Şanslarım böyükdür, birinci yeri tutmaq istəyirəm. Özümə güvənirəm".
Qeyd edək ki, 49 idmançının 40, 60 və 70 metr məsafələrdə mübarizə aparacağı Azərbaycan birinciliyinə iyunun 2-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
Kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Qəzzada ölənlərin sayı ilə bağlı son rəqəm açıqlanıb
