Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO


Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin artırılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub.

Sizinxeber.az xəbər verir ki, bulvar ərazisində keçirilən aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri, ekoloji fəallar və könüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Sumqayıt bulvarında min ədəd zeytun ağacı əkilib. Bu təşəbbüs şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Vurğulanıb ki, Sumqayıt şəhərində ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl addımlar atılır.

Qeyd edək ki, Sumqayıt şəhərində ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir və gələcəkdə də bu kimi təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ağacəkmə aksiyası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər