Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
sizinxeber.az xəbər saytı

Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var


Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.

Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Hücum nəticəsində iki nəfərin yaralandığı bildirilib.

“Qara dənizdə hücuma məruz qalan Türkiyəyə məxsus gəmidə iki vətəndaşımız yaralanıb. Vəziyyət yaxından izlənilir”, - nazirliyin açıqlamasında deyilir.

Hadisə ilə bağlı bəyanat yayan Türkiyə XİN, Rusiya–Ukrayna müharibəsində gərginliyin artmasının Qara dənizdə regional təhlükəsizliyi zədələdiyini və ölkənin maraqları üçün təhdid yaratdığını vurğulayıb.

Nazirlik bölgədə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin Ankara üçün əsas prioritetlərdən biri olduğunu bildirərək, bütün tərəfləri gərginliyi azaltmağa yönəlmiş addımlar atmağa çağırıb.

Oxşar xəbərlər

Kreml Rusiya və Ukraynanın iştirakı ilə Ankarada gözlənilən danışıqlara dair xəbərləri şərh etməyib
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurub, 40-a yaxın heyət üzvü ölüb - VİDEO
Rusiya və ABŞ Ər-Riyadda Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb
Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər