Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq


Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib.

Bu barədə "Sizinxeber.az"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Esseks Universiteninin doktorantı Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.

Beləliklə, Azərbaycan vətəndaşı ilk dəfə olaraq sözügedən komitədə təmsil olunacaq.

BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Oxşar xəbərlər

Azərbaycanın namizədi BMT-nin miqrantlar üzrə komitəsinə üzv seçilib
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq
Azərbaycan səfiri BMT-nin miqrantların hüquqları üzrə komitəsinə üzv seçilib
Azərbaycanlı diplomat BMT-nin miqrantlar üzrə komitəsinə üzv seçilib
Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər