Hesablama Palatası bu il üçün prioritetlərini açıqlayıb
Bu il Hesablama Palatası funksional sahələr üzrə fəaliyyətini davam etdirmək, bu çərçivədə bir sıra tədbirlər görmək niyyətindədir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, növbəti il üçün əsas hədəflər işğaldan azad olunmuş ərazilərdə icra olunan tikinti layihələrinin pre və post auditinin, həmçinin tematik auditlərin genişləndirilməsi və nəqliyyat sahəsində auditlərin keçirilməsi, ekoloji auditlərin davam etdirilməsi, Türkiyə və Qazaxıstanın ali audit orqanları ilə paralel auditlərin aparılması, Palatanın strateji planının və digər strateji sənədlərinin ortamüddətli dövr üçün qəbul edilməsi, fəaliyyətin həmkar qiymətləndirməsi çərçivəsində dəyərləndirilməsi, Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin üzvü kimi bu qurumun illik toplantısına, həmçinin Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) və Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) birgə iclasına ev sahibliyi edilməsi, məsafədən audit və böyük verilənlərin təhlili üzrə proqram təminatının hazırlanmasıdır.
Palata sədri vurğulayıb ki, bu tədbirlər dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Vüqar Gülməmmədov: "Gələn ildən auditlərin açıqlanma nisbəti 70 % olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının sədri: "Ətraf mühitin qorunması ekoloji auditlərin sayının artırılmasından keçir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Milli Məclisdə hesabat verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












