Hesablama Palatası Milli Məclisdə hesabat verir
Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
“Sizinxeber.az” xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.
Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar edəcək.
Sənəddə qurumun “2021-2025-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq ötən il planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri (indikatorları) qeyd olunmaqla əks etdirilib. İllik İş Planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı icmallaşdırılmış və statistik məlumatlar hesabata daxil edilib, dövlət vəsaiti və digər dövlət əmlakından istifadə zamanı yol verilmiş xarakterik nöqsan və maliyyə pozuntuları, əldə edilmiş nəticələr, müvafiq sahə üçün aktual hesab edilən risklər və diqqətə alınmalı məqamlar barədə məlumatlar verilib.
Xatırladaq ki, ötən il Hesablama Palatası Əməliyyat Planını 90 % icra edib, dövlət qurumlarına 50 məlumat təqdim edib, 575 milyon manatlıq maliyyə pozuntusu, 2 milyard manatlıq maliyyə təhrifləri və uyğunluq pozuntuları aşkar edib, 42 auditi başa çatdırıb, ilk dəfə dövlət borcu ilə bağlı audit keçirib, İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib 399 min manatlıq satınalma müqaviləsi bağlayıb.
Oxşar xəbərlər
Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının 2024-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası ötən il Əməliyyat Planını 90 % icra edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası büdcə qanunvericiliyi və satınalmalar üzrə çatışmazlıqların qalacağını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












