Türkiyə Avropaya "yaşıl enerji" ixracını yeni dəhlizlər vasitəsilə artırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Türkiyə Avropaya "yaşıl enerji" ixracını yeni dəhlizlər vasitəsilə artırmağı planlaşdırır


Türkiyə elektrik enerjisinin ötürülməsi üçün transsərhəd infrastrukturunu genişləndirmək və Avropaya bərpa olunan enerji tədarükü üçün tranzit qovşağı kimi rolunu gücləndirmək niyyətindədir.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bu barədə Türkiyənin energetika nazirinin müavini Zafer Demircan Brüsseldə "Connectivity Agenda Platform"un istifadəyə verilməsinə həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, Türkiyə "yaşıl dəhlizlər"ə - Cənubi Qafqaz ölkələrindən, o cümlədən Azərbaycan və Gürcüstandan elektrik enerjisinin Türkiyə ərazisi vasitəsilə Avropa istiqamətində ötürülməsi layihələrinə xüsusi diqqət yetirir.

"Biz yalnız elektrik enerjisinin Türkiyə vasitəsilə tranzitini təmin etməyə deyil, həm də bərpa olunan enerji istehsalı güclərimizi bu dəhlizlərə inteqrasiya etməyə çalışırıq. Məqsəd Avropa bazarının bərpa olunan mənbələrdən daha çox elektrik enerjisi ala bilməsini təmin etməkdir", - Z.Demircan bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyə öz coğrafi mövqeyi sayəsində Avropanın enerji resursları ilə təmin edilməsində və transsərhəd enerji infrastrukturunun inkişafında mühüm rol oynaya bilər.

"Əgər biz regionumuzda səmərəli enerji bağlantısı yarada bilsək, bu, enerji dayanıqlığı və iqtisadiyyatı ilə bağlı bir çox problemləri həll etməyə kömək edəcək", - Z.Demircan bildirib.

Oxşar xəbərlər

Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri açıqlanıb
Azərbaycanda istehsal olunan elektrik enerjisinin 40 %-ə yaxını "yaşıl enerji"nin payına düşüb
Jeço Stankov: "Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan Cənub-Şərqi Avropaya yeni elektrik dəhlizi yaradacaq"
Türkmənistan Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisi ixracınının artacağına ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər