Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib”
sizinxeber.az xəbər saytı

Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib”


Hesablama Palatası tərəfindən səmərəlilik auditi üzrə ortamüddətli dövr üçün müəyyən edilmiş hədəflərə nail olunmayıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Deputatın sözlərinə görə, ortamüddətli dövr üçün səmərəlilik auditlərinə dair müəyyən edilmiş hədəf 15 % təşkil etsə də, ötən il Hesablama Palatası tərəfindən cəmi 6 səmərəlilik auditi həyata keçirilib: "Ümumilikdə 42 auditin aparıldığını nəzərə alsaq, səmərəlilik auditlərinin xüsusi çəkisi 14,3 % olub ki, bu da müəyyən edilmiş hədəfdən aşağıdır".

V. Bayramov hesab edir ki, bundan əlavə, həyata keçirilən səmərəlilik auditlərinin yarısında qənaətlilik meyarından istifadə olunmayıb: "Bu isə audit keyfiyyətinin artırılması və audit meyarlarının tam şəkildə tətbiqi baxımından əlavə tədbirlərin görülməsini zəruri edir".

Oxşar xəbərlər

Hesablama Palatası Milli Məclisdə hesabat verir
Hesablama Palatası ekoloji sahədə keçirdiyi auditləri açıqlayıb
Hesablama Palatası: Gələn ildən Naxçıvanda "Dövlət auditi" proqramı üzrə təlimlər keçiriləcək
Hesablama Palatası ötən il Əməliyyat Planını 90 % icra edib
Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər