Şahbaz Şərif və Asim Munirin ABŞ-İran danışıqlarında iştirakı gözlənilir
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif və Asim Munirin ABŞ-İran danışıqlarında iştirakı gözlənilir


Pakistanın Baş naziri Şahbaz Şərif və Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə səfər edəcəyi gözlənilir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Samaa TV" məlumat yayıb.

"Baş nazirin yola düşməsi ABŞ vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfərindən asılı olacaq", - məlumatda bildirilib.

Daha əvvəl yayılan məlumata görə, Pakistanın Baş naziri Ş. Şərifin İsveçrə səfəri ləğv edilib.

Bu arada, ABŞ və İran arasında texniki danışıqların yeni raundu iyunun 21-də İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. Müzakirələrdə İslamabad Anlaşma Memorandumunun imzalanmasından bəri əldə edilmiş irəliləyişlər nəzərdən keçiriləcək. Texniki danışıqlar ABŞ və İran arasındakı razılaşma çərçivəsindəki gedişatı və həyata keçirilən icra səylərini qiymətləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Danışıqlarda İranı parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai və digər rəsmi şəxslər təmsil edir.

İran tərəfinin qabardacağı başlıca məsələ İsrailin Livana hücumlarıdır, çünki bu, anlaşma memorandumunun şərtlərinə ziddir.

Oxşar xəbərlər

"Al Jazeera": Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib
Pakistan XİN: ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək
İran Pakistan-Hindistan danışıqlarında vasitəçilik etməyə hazırdır
Ceyhun Bayramov ilə İshaq Dar ABŞ və İran arasında əldə olunan razılşamanı müzakirə ediblər
Pezeşkian və pakistanlı nazir ABŞ ilə aparılan danışıqları müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər