ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Ermənistanda hakim partiyanın seçkilərdə qələbəsi siyasətin davamlılığını təmin etsə də, Azərbaycanla münasibətlərin normallaşdırılması və Avropa İttifaqına inteqrasiya ilə bağlı məsələlərdə qeyri-müəyyənlik qalır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə ING Bankının Ermənistan iqtisadiyyatı ilə bağlı qiymətləndirməsində bildirilir.
Bank qeyd edir ki, hakim partiya parlamentdə üstünlüyünü qorusa da, konstitusiya dəyişiklikləri üçün tələb olunan superçoxluğu əldə etməyib. ING-in qiymətləndirməsinə görə, bu amil Azərbaycanla gərginliyin aradan qaldırılması və ya Aİ-yə inteqrasiya istiqamətində tələb oluna biləcək konstitusiya dəyişikliklərini çətinləşdirə bilər.
Hesabatda vurğulanır ki, portfel investisiyalarının axını və pul köçürmələrinin artması fonunda Ermənistan dramının möhkəmlənməsinə baxmayaraq, Azərbaycanla həll olunmamış fikir ayrılıqları milli valyuta üçün risk faktoru olaraq qalır.
Bununla yanaşı, bank hesab edir ki, Ermənistanın Aİ ilə inteqrasiya prosesinin ləngiməsi Rusiyanın iqtisadi cavab tədbirləri riskini də azaldır. Qeyd edilir ki, Ermənistanın qaz idxalının ən azı 80%-i, xarici ticarətinin üçdə biri və pul köçürmələrinin üçdə ikisi Rusiyanın payına düşür.
ING bildirir ki, Ermənistan-Aİ-Rusiya münasibətlərinin gələcək inkişafı ilə bağlı siyasi gündəmin bazarlar üçün konkret nəticələr yaradıb-yaratmayacağı hələ aydın deyil.
Bankın proqnozuna görə, xarici siyasətlə bağlı qeyri-müəyyənlik, Ermənistan dramının güclü mövqeyi və illik inflyasiyanın 4-5% diapazonunda qalması fonunda Ermənistan Mərkəzi Bankı gələn həftə uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayacaq.
Oxşar xəbərlər
Paşinyan: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var, Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
Mirzoyan: Hələ bir çox məsələlər qalır
Devid Merkel: Azərbaycanla Ermənistan arasında sülh prosesinin reallaşdırılması mühüm nəticədir
Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
