Quterreş Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski barədə bildirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
21:00
ff aaaaaaa

Quterreş Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski barədə bildirib

10 in, 2026
21:00
903

Quterreş Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski barədə bildirib

BMT-nin Baş katibi Antonio Quterreş regionda eskalasiyanın güclənməsi fonunda Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski olduğunu bildirib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, o bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında deyib.

O qeyd edib ki, həftə ərzində regionda hücumların genişlənməsi və vəziyyətin daha da pisləşməsi müşahidə olunur, bu da dərin narahatlıq doğurur, çünki vəziyyət hərbi münaqişənin bərpa olunmasına gətirib çıxara bilər.

"Yaxın Şərqdəki eskalasiya təkcə regiona deyil, həm də ölkə və qitə sərhədlərindən kənara da mənfi təsir göstərir. Bu, siyasi gərginliyin artmasında, əhalinin yerdəyişməsində və təhlükəsizlik təhdidlərində özünü büruzə verir; bazarlarda və ticarət marşrutlarında problemlərə, ərzaq və yanacaq qiymətlərinin kəskin artmasına səbəb olur", - o bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul