Mirzoyan: Hələ bir çox məsələlər qalır
Ermənistan Respublikasının hökumətinin və Ermənistan xalqının istəyi regionumuzda davamlı sülh qurmaqdır və ilk növbədə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsidir.
APA xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər nazir Ararat Mirzoyan deyib.
"Uzun danışıqlardan sonra biz sülh sazişinin layihəsi üzrə mətn üzərində razılığa gəlməyə nail olduq. Həmçinin dərhal sülh sazişinin imzalanma məkanı və tarixi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif etdik. Bu razılaşdırılmış mətn bütün mümkün suallara cavab verən bir sülh sazişidirmi? Əlbəttə ki, yox. Mən düşünürəm ki, dünyada elə bir sənəd yoxdur ki, bütün mümkün məsələləri əhatə etsin, hər suala cavab versin. Bu sənəd bir əsasdır, münasibətlərin başlanğıcıdır. Təbii ki, hələ də bir çox məsələlər qalır", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Nazir: Bu, Azərbaycanın uzunmüddətli və ardıcıl mövqeyidir, Ermənistan tərəfi də bunu yaxşı bilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıları Antalyada Cənubi Qafqazı müzakirə edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri bir daha açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ararat Mirzoyan: Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












