Azərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 933 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % çox) 4 min 883 ton (+2,1 dəfə), Qazaxıstandan 61,2 min ABŞ dolları dəyərində 490 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 27,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 28,1 ton (+9 dəfə) və Hindistandan 29,42 min ABŞ dolları dəyərində 35,7 ton kömür alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Hindistandan kömür tədarükünü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 21 min 709 ton kömürün 93,7 %-i Rusiyanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Lüksemburqdan makaron idxalını bərpa edib
Azərbaycan Niderlanddan qaz sayğaclarının tədarükünü bərpa edib
Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Cəlilabadda I Kitab Sərgisi keçirilir
