

Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
"Vaxtilə Azərbaycanla sülh üçün konstitusiya dəyişikliyinin zəruri olduğunu Ermənistanın Baş naziri Nikol Paşinyan da qeyd edib".
Sizinxeber.az-nın məlumatına görə, bunu Bakıda keçirilən "Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirə videokonfrans vasitəsilə qoşulan ekspert Onnik Krikoryan deyib.
Krikoryan əlavə edib ki, Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsi ideyası 2021-ci ildə irəli sürülsə də, COVID-19 pandemiyasına görə baş tutmayıb:
"Keçmiş prezident Robert Koçaryanın təşəbbüsü ilə konstitusiyaya edilən dəyişikliklər qəbuledilməz idi. Daha sonra Serj Sarkisyanın təşəbbüsü ilə Ermənistanda parlament sisteminə keçildi. Onun prezidentliyi dövründə inqilab baş verdi və hakimiyyətə Nikol Paşinyan gəldi. Konstitusiyaya dəyişikliklər yalnız referendum vasitəsilə həyata keçirilir. Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsi ideyası 2021-ci ildə irəli sürülmüşdü, lakin pandemiyaya görə baş tutmadı. Vaxtilə Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh üçün konstitusiya dəyişikliyinin zəruri olduğunu qeyd etmişdi. Prezident İlham Əliyevin bununla bağlı fikirlərinə qayıtsaq, o demişdi ki, sülhün bərqərar olması üçün əvvəlcə konstitusiyaya dəyişiklik olmalıdır. Belə bir fikirlər vardı ki, Azərbaycanla sülhün bağlanmasına Ermənistan vətəndaşları qərar verməlidir. Mən hesab edirəm ki, Nikol Paşinyan yeni konstitusiya istəyir və istəyir ki, əvvəlki rejimin qalıqlarını qoparmaqla yeni Ermənistan yaratsın. Bir çox insanlar Ermənistanda konstitusiya barədə danışır. Lakin ola bilsin ki, 88 faiz Ermənistan vətəndaşı dəyişikliyə qarşı çıxsın. Bakı dialoqunda iştirak edərkən mən qeyd etmişdim ki, Paşinyan nəyi planlaşdırdığını bilmir. Mən düşünürəm ki, əsas qanuna dəyişiklik üçün referenduma ehtiyac yoxdur. Sadəcə preambulaya görə konstitusiya dəyişdirilə bilməz".
Oxşar xəbərlər
Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər”
Paşinyan Ermənistanın sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazır olduğunu açıqlayıb
Paşinyan: "Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir"
Paşinyan: Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var - YENİLƏNİB
Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
