Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik
Sabah İstanbulda keçiriləcək "3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası zamanı Ermənistan-Azərbaycan məsələsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə ediləcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.
Hakan Fidan bölgə ölkələri arasında mövcud problemlərin həlli istiqamətində "3+3" platformasının önəmli olduğunu da vurğulayıb.
“Ermənistan-Azərbaycan məsələsi Cənubi Qafqazdakı ümumi sülh prosesi çərçivəsində yaxından izlədiyimiz məsələdir. Prezidentimizin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Biz Azərbaycanla bir millət-iki dövlət vəziyyətindəyik. Hətta iki dövlət artıq bir çox həssas mövzuda tək dövlət kimi davranır. Fövqəladə koordinasiya var. Ermənistanla əldə oluna biləcək sülhlə bölgə üçün sabitlik və inkişafın önünün açılacağına inanırıq. Ona görə də, prezidentimiz bu sülhə büyük dəstək verir”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: "3+3" platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: İranla İsrail arasında mümkün müharibə yüksək ehtimal olaraq dəyərləndirilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Blinkenlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan ABŞ-də səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












