BƏƏ Azərbaycanla audit sahəsində birgə layihələrin reallaşdırılmasını planlaşdırır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gələcəkdə Azərbaycanla birgə layihələrin reallaşdırılması və potensialın artırılması məqsədilə həm BƏƏ-də, həm də Bakıda proqramların keçirilməsi planlaşdırılır
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Palatasının baş direktoru Mahmud Əl-Ələvi deyib.
"Azərbaycanla audit sahəsində əməkdaşlıq prioritet istiqamətlərimizdəndir. Azərbaycan Hesablama Palatası ilə 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əməkdaşlıq üçün güclü təməl yaradıb", - M. Əl-Ələvi bildirib.
Azərbaycanla münasibətlərin çox güclü olduğunu qeyd edən baş direktor bildirib ki, 2022-ci ildə imzalanan sənəd bilik və informasiya mübadiləsi, eləcə də potensialın artırılması sahəsində birgə fəaliyyəti təşviq edir: "Bu əməkdaşlıq bizim üçün prioritet istiqamətlərdəndir və qarşıdakı dövrdə daha da genişlənəcək".
Oxşar xəbərlər
Azərbaycan və Cənubi Koreya ali audit sahəsində əməkdaşlığı genişləndirir
Sülh sazişi üçün bu ərəb ölkəsi təklif edilə bilər
Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb
Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
ICAP prezidenti: "Azərbaycan və Pakistan arasında audit sahəsində əməkdaşlıq potensialı mövcuddur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













