Rusiyada meşə təsərrüfatı işləri aparan helikopterlə əlaqə kəsilib
sizinxeber.az xəbər saytı

Rusiyada meşə təsərrüfatı işləri aparan helikopterlə əlaqə kəsilib


Rusiyanın Primorsk diyarında meşə təsərrüfatı işləri aparan "Robinson R44" helikopteri ilə əlaqə kəsilib.

"Sizinxeber.az"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Təyyarə heyəti ilə əlaqə yerli vaxtla təxminən saat 12:00-da (Bakı vaxtı ilə saat 06:00) kəsilib", - deyə açıqlamada bildirilir.

İlkin məlumatlara görə, helikopter Terney kəndindən Edinka kəndinə uçurdu. Ekipaj təyin olunmuş vaxtda çağırışa cavab verə bilməyib və təyyarənin yeri hələ müəyyən edilməyib. Pilot və müşahidəçi göyərtədə olub.

Prokurorluq hazırda axtarış-xilasetmə əməliyyatının davam etdiyini qeyd edib.

Oxşar xəbərlər

Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Rusiyada Mi-8 helikopteri ilə əlaqə kəsilib
Kamçatkada yoxa çıxan helikopterin göyərtəsində 22 nəfər olub - YENİLƏNİB
Rusiyada helikopter göyərtəsindəki ekipajla birlikdə yoxa çıxıb
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər