Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb


Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.

Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.

Oxşar xəbərlər

Pakistan MMU-nun nümayəndə heyəti Azərbaycan HDQ-ni ziyarət edib
Azərbaycanla Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub
Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub
Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər