Kats: ABŞ İsrail qoşunlarının Livandan çıxarılmasını tələb etməyib
sizinxeber.az xəbər saytı

Kats: ABŞ İsrail qoşunlarının Livandan çıxarılmasını tələb etməyib


Vaşinqton İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını tələb etməyib.

"Report" İsrail mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Kats bildirib.

"Biz heç bir halda qoşunları çıxarmayacağımızı bəyan etdik və ABŞ də İsraildən ordunu Livandan çıxarmasını tələb etmir. Bu da diplomatik nailiyyətdir", - nazir deyib.

Kats əlavə edib ki, bu mövqeyi Pentaqonun rəhbəri Pit Heqsetə çatdırıb. "Biz şimal sakinlərini qorumaq üçün buradayıq", - o qeyd edib.

Müdafiə nazirinin sözlərinə görə, 200 min livanlının hazırda İsrail Müdafiə Ordusunun nəzarətində olan rayonlara qayıtmasına imkan verilməyəcək. "Orada dinc əhali olanda, həm əldəqayırma partlayıcı qurğular, həm də əsgərlərə hücumlar var idi. Biz geri çəkilmirik", - o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında anlaşma memorandumunun şərtlərindən biri Livana hücumların dayandırılması, daimi atəşkəsə nail olunmasıdır. İran tərəfi həmçinin İsrail qoşunlarının oradan çıxarılmasını tələb edir, əks halda Tehran Hörmüz boğazını yenidən bağlayacaq.

Oxşar xəbərlər

İsrael Kats: Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək
Makron İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb
Kats: “Hizbullah” tərksilah olunana qədər Livana zərbələr endiriləcək
Kats: İsrail ordusu "Hizbullah" təhlükəsi aradan qaldırılana qədər Livanın cənubunda qalacaq
Kats: İsrail ordusu Qəzzanın bufer zonasında daimi mövcudluğunu qoruyub saxlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər