Salyanda mikroavtobus avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Salyanda mikroavtobus avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb


Salyan rayonunda "Ford Transit" markalı sərnişindaşıyan mikroavtobus "Mersedes" markalı avtomobillə toqquşub.

"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində Neftçala rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Etibar Ağamməd oğlu, Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Veysəlova Xoşqədəm Əli qızı, 2006-cı il təvəllüdlü Veysəlova Gülşən Tehran qızı, 1992-ci il təvəllüdlü Bağırov Əlihüseyn Qədəmşah oğlu və 1995-ci il təvəllüdlü Əkbərov Adil Fəxrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
Salyanda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Salyanda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər