Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb
sizinxeber.az xəbər saytı

Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb


Bu gün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. 

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, protokolun məqsədi iki qurumun əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir.

Eyni zamanda dövlət sektorunda çalışan əməkdaşların maliyyə, mühasibat uçotu və audit sahələrində bilik və bacarıqlarının artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
AMB-də sahibkarların maliyyəyə çıxış potensialının artırılması müzakirə olunub
Hesablama Palatası: Gələn ildən Naxçıvanda "Dövlət auditi" proqramı üzrə təlimlər keçiriləcək
Hesablama Palatasının 2025-ci il üçün xərcləri 0,2% artırılır
Azərbaycan Türkiyənin məsafədən audit və data təhlili təcrübəsini öyrənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər