Azərbaycan və Cənubi Koreya ali audit sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Cənubi Koreya arasında ali audit sahəsində əməkdaşlıq genişlənməkdədir.
Bunu “Sizinxeber.az”a açıqlamasında Koreyanın Ali Audit Orqanının rəhbəri Li Mi Hyon bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri davamlı inkişaf edir: “Xüsusilə audit sahəsində əməkdaşlıq diqqətəlayiqdir. Koreya və Azərbaycanın ali audit qurumları arasında informasiya və təcrübə mübadiləsi getdikcə genişlənir. Bu əməkdaşlıq institusional potensialın artırılmasına, eləcə də şəffaflıq və hesabatlılığın gücləndirilməsinə xidmət edir”.
Li Mi Hyon vurğulayıb ki, Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı bu əməkdaşlığın dərinləşməsi üçün mühüm platforma rolunu oynayır: “Belə konfranslar ölkələr arasında qarşılıqlı anlayışın formalaşmasına və peşəkar təcrübə mübadiləsinə ciddi töhfə verir. Azərbaycanın bu tədbiri yüksək səviyyədə təşkil etməsi ölkənin beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsidir. Azərbaycan və Koreya yalnız audit sahəsində deyil, digər istiqamətlər üzrə də uğurlu əməkdaşlığı davam etdirir".
Oxşar xəbərlər
Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
Ali audit sahəsində rəqəmsal Dayanıqlı İnkişaf Məqsədləri paneli hazırlanıb
Hindistan rəsmisi: "Azərbaycanın audit üzrə təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
WGCMA: Ərzaq təhlükəsizliyi üçün standart audit qaydaları hazırlanmalıdır
Lee Mee Hyon: Azərbaycan Hesablama Palatasının xarici auditlə bağlı müraciəti nəzərdən keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













