ABŞ Karib dənizində narkotik alverçilərinin gəmisinə zərbə endirib
sizinxeber.az xəbər saytı

ABŞ Karib dənizində narkotik alverçilərinin gəmisinə zərbə endirib


ABŞ Silahlı Qüvvələri Karib dənizində narkotik vasitələr daşıyan gəmiyə zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində bildirib.

Məlumata əsasən, hücum nəticəsində iki narkotik alverçisi öldürülüb, altı nəfər isə sağ qalıb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub Nizəsi" ("Southern Spear") birgə əməliyyat qrupu iyunun 21-də gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Karib dənizində narkotik vasitələrin qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlarla hərəkət edib və narkotik alverinin həyata keçirilməsi üçün tətbiq olunub", - deyə məlumatda qeyd olunur.

SOUTHCOM-dan dəqiqləşdiriblər ki, əməliyyat zamanı ABŞ hərbi qulluqçularından xəsarət alan olmayıb.

Oxşar xəbərlər

ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkotik qaçaqmalçılığı gəmisinə zərbə endirib
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
ABŞ Sakit okeanda narkotik vasitələri daşıyan daha bir gəmiyə zərbə endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər