ABŞ Kuba hakimiyyəti ilə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib
Vaşinqton administrasiyası Kubanın beş təşkilatına və Kastro ailəsinin bir üzvünə qarşı əlavə sanksiyalar tətbiq edərək, onları repressiyaları və ABŞ-yə milli təhlükə yaradan fəaliyyətləri maliyyələşdirməkdə ittiham edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında bildirilib.
Onun sözlərinə görə, Kuba hakimiyyəti üçün gəlir gətirən beş struktur, o cümlədən daha əvvəl sanksiyalar siyahısına daxil edilmiş "Grupo de Administración Empresarial S.A." (GAESA) şirkəti ilə əlaqəli üç təşkilat sanksiyalara məruz qalıb. Məhdudiyyətlərə məruz qalan qurumlardan ikisi hakimiyyətin maraqları naminə maliyyə vəsaitlərinin köçürülməsində iştirak edən institutlardır, digəri isə adanın bütün ərazisində fəaliyyət göstərən logistika şirkətidir.
Bundan əlavə, sanksiyalar Kubanın mineral ehtiyatlarından və metallurgiyasından gəlir əldə edən iki struktura, o cümlədən "GeoMinera" dövlət şirkətinə də şamil edilib.
Rubio həmçinin, ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən daha əvvəl sanksiyalar siyahısına daxil edilmiş Alexandro Kastro Espinin həyat yoldaşına qarşı məhdudiyyətlərin tətbiq olunduğunu bildirib.
Oxşar xəbərlər
ABŞ Kuba iqtisadiyyatının təxminən 40 %-nə nəzarət edən konqlomerata sanksiyalar tətbiq edib
ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq edib
ABŞ Kuba rəsmilərinə viza sanksiyaları tətbiq edib
Kuba hələ də ABŞ-a təhlükə yaradır - Rubio
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
