Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
Azərbaycan və Çin arasında iqtisadi və audit sahəsində əməkdaşlıq üçün ortaq maraqlar və imkanlar mövcuddur.
Bunu "Sizinxeber.az"a açıqlamasında Çinin Ali Audit Qurumunun rəhbəri, Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) Katibliyinin nümayəndəsi Kai Hou bildirib.
"Bu xüsusiyyətlər bizim təcrübə paylaşımını və institusional inkişafı qarşılıqlı şəkildə təşviq etməyimizə şərait yaradır. Hazırda Çin və Azərbaycan arasında münasibətlər tarixin ən yaxşı dövrünü yaşayır. İkitərəfli siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlıq da çox sıx xarakter daşıyır”, - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, yaxın əlaqələr hər iki ölkənin ali audit qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da dərinləşməsinə imkan yaradır.
“Düşünürəm ki, Çin və Azərbaycan üçün ən uyğun zamandır. İki ölkə arasındakı münasibətlər bizim audit qurumlarımızın qarşılıqlı əməkdaşlığını daha da genişləndirmək üçün mühüm zəmin yaradır”,- deyə Çin rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Hindistan rəsmisi: "Azərbaycanın audit üzrə təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
Vüqar Gülməmmədov: “Beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə xüsusi önəm veririk”
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
ICAP prezidenti: "Azərbaycan və Pakistan arasında audit sahəsində əməkdaşlıq potensialı mövcuddur"
Naxçıvanda mühasibatlıq və audit sistemi beynəlxalq standartlara uyğunlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













