Qalibaf: İslam ölkələri yeni bir nizam qurmalıdır
Qərbi Asiya və İslam ölkələri öz imkan, resurs və xalqına arxalanan yeni bir nizam qurmalıdır.
"Report" xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda türkiyəli həmkarı Numan Kurtulmuşla görüşdə deyib.
İran mediasında yayılıan məlumata görə, artıq Tehrana qayıdan Qalibaf İslam Respublikasına qarşı aparılan 40 günlük müharibədən sonra ABŞ-nin gücünün azaldığını və Yaxın Şərqdə gərginliyi İsrailin yaratdığını bildirib.
N. Kurtulmuş vurğulayıb ki, İrana qarşı müharibənin heç bir beynəlxalq legitimliyi yox idi: "Biz İran hökumətinin və xalqının yanındayıq, Türkiyəni kədərinizə şərik hesab edin".
Xatırladaq ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilib. Qalibaf və Kurtulmuşun görüşü də sessiya çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır
Vens və Qalibaf İslamabaddakı İran-ABŞ danışıqlarına başçılıq edəcək
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
