ICAP prezidenti: "Azərbaycan və Pakistan arasında audit sahəsində əməkdaşlıq potensialı mövcuddur"
sizinxeber.az xəbər saytı

ICAP prezidenti: "Azərbaycan və Pakistan arasında audit sahəsində əməkdaşlıq potensialı mövcuddur"


Azərbaycan ilə Pakistan, o cümlədən Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) ilə Azərbaycan Auditorlar Palatası arasında mühüm əməkdaşlıq potensialı mövcuddur.

“Report” xəbər verir ki, bunu ICAP prezidenti Saif Ullah Bakıda keçirilən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, peşəkar təşkilatların məqsədyönlü və həmrəy fəaliyyəti mühüm nəticələr verir:

“ICAP bu təcrübəni bütün dünyada paylaşır. Azərbaycan Auditorlar Palatası ilə tərəfdaşlığımız bu bilik mübadiləsi və birgə tərəqqi ruhunun parlaq nümunəsidir. Elektron uyğunluq və audit keyfiyyəti sahəsində aparılan dialoqlar, birgə təşəbbüslər bunun göstəricisidir. Biz bu əməkdaşlığın hələ başlanğıc mərhələsindəyik və gələcəkdə peşəkar inkişaf, tənzimləyici islahatlar, potensialın artırılması və iqtisadi əməkdaşlıq sahələrində daha böyük uğurlar əldə edə bilərik”.

S. Ullah vurğulayıb ki, hər iki ölkənin müvafiq nazirlikləri və qurumları əməkdaşlığın yeni imkanlarını araşdırır və bu konfrans bu istiqamətdə atılan önəmli addımlardan biridir:

“Bu tədbir təkcə mövcud vəziyyəti deyil, gələcək istiqamətimizi də nümayiş etdirir. Biz institutlar səviyyəsini aşan, etimad, qardaşlıq və ortaq tərəqqiyə əsaslanan münasibətlərin bünövrəsini qoyuruq. Gəlin bu impulsu davam etdirək, bir-birimizdən öyrənək və davamlı, peşəkar və transformativ sistemlər quraq. Beləliklə, institutlarımız, iqtisadiyyatlarımız və ən əsası, xalqlarımız üçün uzunmüddətli dəyər yarada bilərik”.

Oxşar xəbərlər

Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək
Vahid Novruzov: "Azərbaycanda şübhəli maliyyə əməliyyatlarına qarşı məsuliyyət artırılmalıdır"
Zaur Fətizadə: "Auditor hesabatlarında ƏL/TM riski ilə bağlı qeyd və tövsiyələr standartlaşdırılmalıdır"
Anar Axundov: "Maliyyə cinayətləri təkcə iqtisadi deyil, milli təhlükəsizlik üçün də təhdiddir"
Auditorlar Palatası məcburi audit subyektlərinin rəhbərlərinə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər