Bakı-Quba-Rusiya ödənişli avtomobil yolundan istifadə üçün kart tətbiqinə başlanılıb
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, “Sürətli Keçid Kartı”nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində(yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı,Sumqayıt 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundanhəm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı” sahiblərinin istifadə etməsi nəzərdə tutulur.
Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən “Sürətli Keçid Kartı”nı əldə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Azərbaycanda ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quba-Bakı yolunda avtomobil yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Quba yolunda piyadanı maşın vurub öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Quba yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Quba yolunda qəza baş verib, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












