Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Bakıda Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsində təşkil olunan tədbirdə diplomatlar, Bakıda yaşayan xristian icmasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi bildirib ki, Milli Gün münasibətilə oxunan “Te Deum” duasında Argentinanın rifahı, Azərbaycan–Argentina əlaqələrinin inkişafı və Argentinanın Dünya Kubokunda qələbələri üçün dua edilib.
Duadan sonra Bibliyadan parçalar oxunub, günahların bağışlanması üçün dualar edilib.
Qeyd edək ki, Argentinada hər il mayın 25-də 1810-cu il May İnqilabının və ilk milli hökumətin yaradılmasının ildönümü münasibətilə kilsələrdə “Te Deum” mərasimləri keçirilir. Adətən bu mərasimlərdə prezident, nazirlər, hərbi rəsmilər və müxtəlif dini icmaların nümayəndələri iştirak edirlər. Mərasim Tanrıya şükür etmək, eyni zamanda ölkənin birliyi və rifahı üçün dua etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Argentinanın XİN rəhbəri Mondino Kubanı dəstəklədiyi üçün vəzifəsindən azad edilib
Bakıda Xorvatiyanın tanıtımına həsr olunan görüş keçirilib - FOTO
Argentinanın Venesueladakı keçmiş səfiri dövlətə xəyanətdə ittiham olunur
MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib
Argentinada daşqınlar səbəbindən 7 mindən çox sakin təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
