Azərbaycanda dənizçilərin sertifikatlarının yenilənməsi sadələşdirilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçilərin sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm yenilik edib.
"Report" agentliyə istinadən xəbər verir ki, kapitan və komandir heyəti üzvlərinin sertifikatlarının (diplomlarının) yenilənməsi prosesi daha sadə və çevik mexanizm əsasında həyata keçiriləcək.
Yeni qaydalara əsasən, kapitan və komandir heyəti üzvləri sertifikatlarına (diplomlarına) uyğun vəzifədə son 5 il ərzində azı 12 ay və ya son 6 ayda azı 3 ay dənizdə xidmət stajını təsdiqləyən sənədi təqdim etdikdə və agentlikdə təşkil olunan müvafiq təlimatlandırmadan keçdiyi halda sertifikatlarını (diplomlarını) təkmilləşdirmə kursu və biliklərin yoxlanılması imtahanı olmadan yeniləmək imkanı qazanacaqlar.
Yeni mexanizm 22 iyun 2026-cı il tarixindən tətbiq olunacaq. Həmin tarixədək verilmiş sertifikatların (diplomların) etibarlılıq müddətinin başa çatmasına 6 aydan az müddət qaldıqda dənizçilər bu sənədlərin yenilənməsi üçün Agentliyə müraciət edə bilərlər.
Hazırda qüvvədə olan qaydalara əsasən, kapitan və komandir heyəti sertifikatlarının (diplomlarının) yenilənməsi üçün aşağıdakı şərtlərdən birinin yerinə yetirilməsi tələb olunur:
-Son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay dənizdə xidmət stajını, habelə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirdiyini təsdiq edən xüsusi hazırlıq şəhadətnaməsini təqdim etmək və ya
-Son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay dənizdə xidmət stajını təsdiq etməklə Agentlik tərəfindən keçirilən bilik və bacarıqların yoxlanılması imtahanında iştirak
Dənizdə xidmət stajına dair tələbləri yerinə yetirməyən şəxslər üçün isə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurmaq və ya Agentliyin təşkil etdiyi bilik və bacarıqların yoxlanılması imtahanında iştirak tələbi qüvvədə qalır.
Dəyişikliklərin əsas məqsədi "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli, düzəlişlər edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ Konvensiyası) tələblərinə uyğunluğun təmin edilməsi, sertifikatlaşdırma prosesinin optimallaşdırılması, inzibati yükün azaldılması və dənizçilərə daha operativ xidmət göstərilməsidir.
Oxşar xəbərlər
Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib
Gəmilərin sıravi heyət üzvlərinə sertifikatlar “Bakı KOB evi”ndə veriləcək
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
