Gəmilərin sıravi heyət üzvlərinə sertifikatlar “Bakı KOB evi”ndə veriləcək
Sentyabrın 30-dan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin gəmilərin sıravi heyət üzvlərinə təqdim etdiyi sertifikatlar (diplomlar) İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Bakı KOB evi”ndə veriləcək.
"Sizinxeber.az" bu barədə RİNN-ə istinadən xəbər verir.
Məlumata görə, bu prosesə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi daxildir.
Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd, ixtisas diplomu, sertifikat (diplom,əgər varsa), uyğunluq haqqına şəhadətnamə verilmiş tibb müəssisəsinin təqdim etdiyi dənizçinin tibb sertifikatı, tələb olunan xüsusi hazırlıq şəhadətnamələri, ümumvətəndaş pasportu (ehtiyac olarsa), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz), üzmə haqqında arayış və ya təcrübə jurnalı, 3x4 sm ölçüdə, ağ fonda rəngli fotoşəkil (2 ədəd) tələb olunur.
Qəbul olunmuş sənədlər əsasında sertifikatlar (diplomlar) beş iş günü müddətində hazırlanaraq təhvil veriləcək.
Dənizçilərə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi” ilə yanaşı, Agentlikdə də verilir. Növbəti mərhələdə isə bu proses yalnız “Bakı KOB evi”ndə təşkil olunacaq.
Oxşar xəbərlər
“Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb
“Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” dəyişib
KOBİA-nın şirkəti nizamnamə kapitalını cüzi azaldır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
