Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək
Sentyabrın 25-də, saat 10:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, məqsəd dənizçilərin sertifikatlaşdırılması, bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılmasıdır.
İştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Agentliyin göstərdiyi xidmətlərlə bağlı vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Bu barədə qurumun və sosial şəbəkə hesablarında məlumat veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyekti icarəyə veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
