Luis de la Fuente: "Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi"
sizinxeber.az xəbər saytı

Luis de la Fuente: "Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi"


Müdafiədə intizamlı çıxış edən Kabo Verde İspaniya yığmasının işini çətinləşdirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Kabo Verde yığmasına qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə başa çatan görüşü şərh edib:

"Matça yaxşı başladıq və oyun ərzində üstün tərəf olmağa çalışdıq. Bir neçə qol imkanı yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma bu nəticədən nəticə çıxarıb yolumuza davam etməliyik".

Qeyd edək ki, İspaniya - Kabo Verde görüşündə hesab açılmayıb.

Oxşar xəbərlər

DÇ-2026: İspaniya - Kabo Verde oyunu başlayıb
"Turan Tovuz" Kabo-Verde millisinin üzvünü transfer edib
DÇ-2026: İspaniya - Kabo Verde oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR
DÇ-2026-da ilk sensasiya: İspaniya Kabo Verde ilə oyunda xal itirib
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər