İsrail İrana cavab zərbələri endirəcək
sizinxeber.az xəbər saytı

İsrail İrana cavab zərbələri endirəcək


İsrail öz ərazilərinin raket atəşinə tutulacağı halda İrana cavab vermək niyyətindədir.

"Sizinxeber.az"un məlumatına görə, bunu İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelman sosial şəbəkə hesabında bəyan edib.

O, həmçinin qeyd edib ki, "Hizbullah" qruplaşmasının gərginliyi davam etdirəcəyi təqdirdə İsrail Livana da zərbə endirəcək.

"İran tərəfindən hər hansı bir atəşə güclü cavab veriləcək. Livandan açılan hər hansı atəş Dahiyəyə zərbə ilə nəticələnəcək", - o yazıb.

Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran bunu İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah"a qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq IDF İranın mərkəzi və qərb rayonlarındakı hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Donald Tramp İranı və İsraili təmkinli olmağa çağırsa da, bu, heç bir nəticə verməyib.

Oxşar xəbərlər

SEPAH İsraildə iki aviabazaya zərbələr endirib
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
Bayden: ABŞ İsrailin İrana nə vaxt və necə cavab verəcəyini bilir
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər