Kimlərə və nə qədər əlavə məzuniyyət verilir? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2026
13:29
0
0
1 121
ff aaaaaaa

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

03 in, 2026
13:29
1 121

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

Əmək Məcəlləsinə əsasən, bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər altı təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər. Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir.

Əmək stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu staj dövrü beş ildən on ilədək olduqda iki təqvim günü, on ildən on beş ilədək olduqda dörd təqvim günü, on beş ildən çox olduqda altı təqvim günü əlavə məzuniyyət verilir.

Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə beş təqvim günü əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul