Nazir: "Müasir suvarmanın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır"
sizinxeber.az xəbər saytı

Nazir: "Müasir suvarmanın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır"


Azərbaycanda müasir suvarmanın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Vurğulamaq istədiyim məqam son illərdə ekstensiv əkinçiliyin inkişafını və resurs bazasının tükəndiyini göstərməkdir. Bizim son illərdə əsas inkişafımız və artımımız məhz intensiv əkinçilik hesabına olub. Ümumilikdə, bitkiçilikdə intensiv əkinçiliyə keçidin sürətləndirilməsi Sizin vurğuladığınız kimi müasir suvarmanın tətbiqindən çox asılıdır. Müasir suvarma genişləndikcə biz real nümunələr əsasında görürük ki, məhsuldarlığın artırılması mümkündür", - o vurğulayıb.

M.Məmmədov qeyd edib ki, ərzaqlıq buğdada ölkə ortalaması 3,2 ton olduğu halda, 2025-ci ildə ərzaqlıq buğda proqramına qoşulmuş bütün təsərrüfatlarda, müasir suvarma qurulmuş təsərrüfatlarda ortalama məhsuldarlıq 5,8 ton olub: "Bu da bizə onu göstərir ki, müasir suvarmanın genişləndirilməsi, əlbəttə, əsas istiqamətlərdən biri olmalıdır. Eyni mənzərəni biz təkcə buğda istehsalında deyil, digər bütün bitkiçilik məhsullarının istehsalında da görürük. Həmçinin, diqqətinizi ona da cəlb etmək istəyirəm ki, açıq sahədə tərəvəz əkinində ortalama məhsuldarlıq 20 ton olduğu halda, müasir suvarma ilə bu, 60 tona çatır. Lakin istixanalarda bu, ölkə üzrə ortalama 300 tona - 3000 sentnerə çatır. Bəzi uğurlu təsərrüfatlarda isə bu rəqəm hətta 4 min 500 sentnerə yüksəlir. Bu da istixanaların çox kiçik bir sahədə böyük istehsal həcmi yarada biləcəyini, eyni zamanda, bir hektarda daha çox insan üçün məşğulluq imkanı yaratdığını göstərir".

Oxşar xəbərlər

Məcnun Məmmədov: "Ərzaqlıq buğda istehsalının məhsuldarlığı 5 tona çatdırılacaq" - EKSKLÜZİV
Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalçılarına müraciət edib
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
İlham Əliyev: Anbarlarda yığılan su imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər