UN-Habitat: WUF13-dən WUF14-ə gedən yol yerli icranın gücləndirilməsindən keçir
Bakıda keçirilən WUF13 forumunda aparılan müzakirələr növbəti mərhələdə WUF14-ə aparan proses üçün də baza formalaşdırır və qlobal öhdəliklərin yerli nəticələrə çevrilməsi istiqamətində praktiki yanaşmaların gücləndirilməsinə töhfə verir.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şərif deyib.
O bildirib ki, WUF13-dən WUF14-ə gedən yol yerli icranın gücləndirilməsindən keçir: “Qlobal mənzil öhdəlikləri yalnız yerli siyasətə və praktik icraya çevrildikdə real nəticə verir. Şəhərlər əvvəlcə öz problemlərini müəyyən etməli, daha sonra beynəlxalq təcrübəni öyrənərək yerli şəraitə uyğun tətbiq etməlidirlər".
Onun sözlərinə görə, qlobal gündəliklər regional, milli və yerli səviyyələr arasında əlaqələndirilməli, bu prosesə icmalar və özəl sektor da cəlb olunmalıdır: "Siyasətlərin uğuru onların konkret büdcə, icra mexanizmi və investisiya imkanları ilə dəstəklənməsindən asılıdır. Mənzil siyasəti investorlar və maliyyə institutları üçün əlverişli mühit formalaşdırmalı, beləliklə əlçatan mənzil layihələrinin həyata keçirilməsi üçün daha çox investisiya cəlb edilməlidir”.
Oxşar xəbərlər
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
UN-Habitat-ın icraçı direktoru: Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
