BMT: İqlim, sülh və təhlükəsizlik kimi mürəkkəb çağırışlar pərakəndə fəaliyyətdən çoxunu tələb edir
İqlim, sülh və təhlükəsizlik kimi mürəkkəb çağırışlar sadəcə pərakəndə fəaliyyətdən daha çoxunu tələb edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının məsləhətçisi Matti Lehtonen Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.
"Bizim hələ də xüsusi təcrübəyə ehtiyacımız var, lakin CSM (İqlim Təhlükəsizliyi Mexanizmi) ona görə yarandı ki, biz bu çox mürəkkəb suallara, daha inteqrasiya olunmuş həllər tapmaq üçün bir məkanın olduğunu gördük. Bundan əlavə, bir çox BMT agentlikləri, fondları və proqramları da iqlim, sülh və təhlükəsizlik mövzusunu öz fəaliyyətlərinə inteqrasiya ediblər. Bu, sahənin inkişafı baxımından müsbət haldır. Bu mövzu artıq Milli Səviyyədə Müəyyən Edilmiş töhfələrdə (NDC-lər), milli və regional siyasətlərdə getdikcə daha geniş yer almaqdadır.
Və mən hazırda iqlim, sülh və təhlükəsizlik gündəliyindən danışıram. Bu, sırf şəhər mövzusu olmasa da, məhz bu səbəbdən buradayam.
BMT sistemi əsasən hökumətlərarası platforma olduğuna görə milli prioritetlərə fokuslanır. Lakin bu çərçivədə kənd təsərrüfatı və ekosistem xidmətlərindən asılı dolanışıq vasitələrinə dair geniş işlər görülsə də, şəhər mühiti nisbətən diqqətdən kənarda qalır. Buna görə də biz şəhər ölçüsünə daha çox diqqət yetirməyə çalışırıq. Urbanizasiya və iqlim dəyişikliyinin güclənməsi yeni risklər yaradır. Xüsusilə sülh və təhlükəsizlik kontekstində şəhərlər mühüm əhəmiyyət daşıyır. Çünki onlar həm innovasiya məkanıdır, həm də toplanmış müsbət təcrübələrin ortaya çıxdığı sahədir. Məqsədimiz şəhər mühitində iqlim, sülh və təhlükəsizlik risklərinin və imkanlarının necə formalaşdığını daha yaxşı anlamaqdır. Bu sahədə artıq mövcud olan təcrübələr üzərində qurulmaq və onları genişləndirmək əsas hədəflərdəndir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
BMT: İqlim, sülh və təhlükəsizlik yanaşmaları risklərin idarə olunmasına hazırlığı artırır
BMT: İqlim dəyişiklikləri sülh və təhlükəsizlik risklərini artırır
Mərakeş rəsmisi: "Təbiətə əsaslanan həllərə ekoloji müdaxilə kimi baxılmamalıdır"
WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub
Françesko Korvaro: İqlim və sülh naminə hərəkət etməyin vaxtı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
