Federico Poitier: Bəzi şəhərlərdə əlilliyi olan şəxslərin təşkilatları idarəetmədə iştirak edə bilmir
sizinxeber.az xəbər saytı

Federico Poitier: Bəzi şəhərlərdə əlilliyi olan şəxslərin təşkilatları idarəetmədə iştirak edə bilmir


Bəzi şəhərlərdə əlilliyi olan şəxslərin təşkilatları idarəetmədə kifayət qədər iştirak edə bilmir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) əlçatanlıq siyasəti üzrə eksperti Federico Batista Poitier Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Əlilliyi olan şəxslərin hüquqları üzrə Dəyirmi Masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onların qərarvermə prosesinə cəlbi üzərində işlənilir.

F.B.Poitier "Cities for All" qlobal kampaniyasının şəhərlərdə inklüzivlik və əlçatanlıq siyasətinin inkişafında mühüm rol oynadığını qeyd edərək hazırda Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə yerli inklüzivlik gündəliyi üzrə universal təlimatlar hazırlandığını diqqətə çatdırıb:

"Bu sənəd yalnız bələdiyyələr tərəfindən deyil, əlilliyi olan şəxslərin təşkilatları, BMT qurumları və digər tərəfdaşlarla birlikdə hazırlanır".

Oxşar xəbərlər

UCLG rəsmisi:: Əlillərin hüquqları ilə bağlı beynəlxalq çərçivələrin bələdiyyələrdə tətbiqi zəruridir
BMT nümayəndəsi: Əlilliyi olan şəxslər mənzil və iqlimlə bağlı fəlakətlərdən daha çox əziyyət çəkirlər
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb
Qanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib
18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər əlilliyi olan uşaqlar hesab ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər