18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər əlilliyi olan uşaqlar hesab ediləcək
Azərbaycan qanunvericiliyində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilir.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.
Dəyişikliklərə əsasən bir sıra qanunlarda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir.
Qeyd edilib ki, bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.
Oxşar xəbərlər
Milli Məclisin plenar iclası keçirilir
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib
Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
