BMT nümayəndəsi: Əlilliyi olan şəxslər mənzil və iqlimlə bağlı fəlakətlərdən daha çox əziyyət çəkirlər
Əlilliyi olan şəxslər mənzil təhlükəsizliyinin olmaması, məcburi köçürülmə, iqlimlə bağlı fəlakətlər və artan şəhər yoxsulluğundan daha çox əziyyət çəkirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının əlilliyi olan şəxslərin hüquqları üzrə nümayəndəsi Heba Hagrass Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ( WUF13) çərçivəsində təşkil olunmuş "Əlilliyi olan şəxslərin hüquqları üzrə Dəyirmi Masa"da videomüraciət zamanı deyib.
Onun sözlərinə görə, mənzil insan ləyaqətinin, müstəqilliyin, təhlükəsizliyin və ictimai həyatda iştirakın təməlidir:
"Lakin dünyada milyonlarla əlilliyi olan şəxs üçün adekvat mənzil hələ də əlçatmaz olaraq qalır. Bu, fərdi məhdudiyyətlərə görə deyil, şəhərlərin və sistemlərin hələ də bizi nəzərə almadan qurulması ilə bağlıdır".
Nümayəndə qeyd edib ki, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyada, xüsusilə, 9 və 19-cu maddələrdə açıq öhdəliklər müəyyənləşdirilsə də, bir çox şəhər mühitində əlçatanlıq hələ də ikinci dərəcəli məsələ və ya xeyriyyə əlavəsi kimi qəbul olunur:
"İstisnaların tətbiqi və uyğunlaşdırma üzərində qurulan bu reaktiv yanaşma artıq özünü doğrultmur. Bu həm bahalı, həm ayrı-seçkilik yaradan, həm də bərabərlik prinsipi ilə ziddiyyət təşkil edən yanaşmadır".
Oxşar xəbərlər
Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
Qanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib
18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər əlilliyi olan uşaqlar hesab ediləcək
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb
ƏƏSMN: Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3 min 800 əlilliyi olan şəxs var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
