Katz İsrailin Qəzzadan "könüllü köç" planını həyata keçirəcəyini bildirib
sizinxeber.az xəbər saytı

Katz İsrailin Qəzzadan "könüllü köç" planını həyata keçirəcəyini bildirib


Qəzzadan “könüllü köç” planı uyğun vaxtda və lazımi qaydada həyata keçiriləcək.

“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın hərbi qanadının başçısı Məhəmməd Odenin öldürülməsinə münasibət bildirərkən deyib.

O, 7 oktyabr hadisələrinin təşkilatçılarını “yeriyən ölülər” adlandırıb və hamısının aqibətinin eyni olacağını vurğulayıb.

“Qəzzadan könüllü köçürülmə planı da yerinə yetiriləcək. Hər şey düzgün vaxtda və lazımi şəkildə icra olunacaq”, - müdafiə naziri bildirib.

Qeyd edək ki, Məhəmməd Ode bir neçə gün əvvəl öldürülən İzzəddin əl-Həddadın yerinə təyin olunub.

Oxşar xəbərlər

İsrailin müdafiə naziri ABŞ-yə səfər edəcək
İsrail müdafiə naziri: Bu, İsrail tarixində həlledici andır
ABŞ və İsrail MN rəhbərləri İrana qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar
Kreml Ukraynanın Qələbə planına münasibət bildirib
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər