Cənubi Koreyada hərbi zavodda partlayış baş verib, ölənlər və yaralılar var
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada hərbi zavodda partlayış baş verib, ölənlər və yaralılar var


Cənubi Koreyanın Tecon şəhərində yerləşən “Hanwha Aerospace” müdafiə sənayesi zavodunda partlayışla müşayiət olunan yanğında azı 5 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Yonhap” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra müəssisədə güclü yanğın başlayıb və əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

İlkin ehtimallara əsasən, partlayış zavodun birinci mərtəbəsində mühərrik qurğularında istifadə olunan yanacağın alışması nəticəsində baş verib.

Qeyd olunur ki, “Hanwha Aerospace” müəssisəsində Cənubi Koreyanın əsas müdafiə sistemləri, o cümlədən taktiki “yer-yer” raketləri istehsal olunur. Zavod həmçinin idarəolunan silah sistemləri və mühərrik texnologiyalarının hazırlanması ilə məşğuldur.

Cənubi Koreya Prezidenti Li Çje Men hadisə ilə bağlı bütün resursların səfərbər olunmasını tapşırıb və qəzanın səbəblərinin araşdırılacağını bildirib.

Hazırda yanğının tam söndürülməsi və axtarış-xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin 4-nün də meyiti tapılıb - YENİLƏNİB-1
ABŞ-da yanacaq zavodunda güclü partlayış baş verib
Cənubi Koreyada zavodda baş verən yanğında ölənlərin sayı 14-ə çatıb
ABŞ-da sürtkü materiallarının istehsalı zavodunda partlayış baş verib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər